...

Tikililərin istismarına rüsumla icazə veriləcək

İqtisadiyyat Materials 1 Noyabr 2021 11:46 (UTC +04:00)
Tikililərin istismarına rüsumla icazə veriləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumu müəyyən edilir.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna bununla bağlı dəyişiklik təklif olunur.

Qanuna dəyişikliyə əsasən, tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat dövlət rüsumunun tutulması təklif edilir.

Qeyd edək ki, indiyə qədər bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti