...

Təhsil kreditləri üçün vəsait 22 milyon manat artırılacaq

İqtisadiyyat Materials 10 Noyabr 2021 12:11 (UTC +04:00)
Təhsil kreditləri üçün vəsait 22 milyon manat artırılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5% artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, artım tələbələrə verilməsi nəzərdə tutulan kreditlər üçün büdcədən ayrılacaq vəsait hesabına baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti