...

Gələn il dövlət büdcəsinin gəlirləri əvəlki illərdən çox olacaq

İqtisadiyyat Materials 10 Noyabr 2021 12:37 (UTC +04:00)
Gələn il dövlət büdcəsinin gəlirləri əvəlki illərdən çox olacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Gələn ilin dövlət büdcəsinin gəlirləri əvəlki illərinkidən çox proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, Palatanın rəyində potensiala yenidən baxılmasının zəruriliyi qeyd edilib.

“Vergi Məcəlləsinə ediləcək dəyişikliklər və digər dəyişiklikləri nəzərə alaraq vergi və gömrük daxilolmalarında risklərin olmayacağı qənaətindəyik. Hesablama Palatası tərəfindən aparılan təhlillərdə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində göstərilən xərclər dəstəklənməlidir. 2022-ci ilin dövlət büdcə xərclərini xarakterizə edən növbəti meyl əməyin ödənişi bölməsi ən böyük göstərici olaraq proqnozlaşdırılır” - deyə Hesablama Palatasının sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti