...

Sahibkarlıq sahəsində daha 1 il yoxlamalar aparılmayacaq

İqtisadiyyat 21 Yanvar 2022 11:16
Sahibkarlıq sahəsində daha 1 il  yoxlamalar aparılmayacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev -Trend:

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır.

Trend xəbər verir ki, bu gün 2022-ci ilin yaz sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.

İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik qanun layihəsi təqdim olunub.

Qeyd edək ki, qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib.

Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti