...

Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat vasitələrindən istifadə edir?

İqtisadiyyat Materials 1 Fevral 2022 10:24 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycanda nəqliyyatçılar 1 milyard 214,2 milyon sərnişinə xidmət göstərmişlər.

Trend-in məlumatına görə, sərnişinlərin 92,2 faizi avtomobil nəqliyyatı, 7,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 119,9 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında 1,8 faiz artım qeydə alınıb.

Sərnişinlərin 92,2 faizi avtobus, 7,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti