...

Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı

İqtisadiyyat Materials 28 Yanvar 2022 12:59 (UTC +04:00)
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı

Bakı. Sədrəddin Ağcayev - Trend:

2022-ci ildə Azərbaycanda inflyasiya hədəf diapazonundan (2-6 faiz) yüksək, 6,6-7,5 faiz səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.

O bildirib ki, Mərkəzi Bank 2023-cü ildə illik inflyasiyanın hədəf diapazona yaxın olacağını proqnozlaşdırır.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti