...

Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 Yanvar 2022 13:47 (UTC +04:00)
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Son iki ay ərzində Azərbaycanda "Apple Pay" vasitəsilə tranzaksiyaların sayı 1,1 milyona çatıb, ödənişlərin ümumi həcmi isə 30 milyon manatdan çox olub.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank Azərbaycana digər təmassız həllərin də cəlb olunmasında maraqlıdır.

O bildirib ki, bu il ölkədə "Google Pay" və "Samsung Pay" kimi sistemlərin işə salınması proqnozlaşdırılır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti