...

Bu gündən Türkiyə loukosteri Gəncə-İstanbul uçuşlarına başlayır

İqtisadiyyat Materials 18 Mart 2022 12:43 (UTC +04:00)
Bu gündən Türkiyə loukosteri Gəncə-İstanbul uçuşlarına başlayır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Pegasus Airlines" loukoster aviaşirkəti martın 18-dən etibarən Azərbaycana uçuşlara başlayır.

Bu barədə Trend-ə şirkətin Azərbaycan nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, uçuşlar İstanbul-Gəncə-İstanbul marşrutu ilə həyata keçiriləcək.

Mart ayında uçuşlar cümə və bazar günləri, aprel ayından isə çərşənbə axşamı və cümə günləri baş tutacaq.

Martın 18-ə planlaşdırılan ilk uçuş İstanbulda saat 14:45-də başlayacaq, Gəncəyə saat 18:00-da çatacaq. Əks istiqamətdə saat 19:30-da Gəncədən qalxan təyyarə, 21:15-də İstanbulda eniş edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti