...

Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Aprel 2022 13:03 (UTC +04:00)
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 20,6 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 18,1 faiz artıb.

Sənaye məhsulunun 73,7 faizi mədənçıxarma sektorunda, 21,6 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 16,4 faiz artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 83,8 faiz, mebel istehsalı 70,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 69,1 faiz, əczaçılıq məhsullarının istehsalı 67,4 faiz, geyim istehsalı 50,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 34,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,3 faiz, kağız və karton istehsalı 27,3 faiz, poliqrafiya məhsullarının istehsalı 25,2 faiz, maşın və avadanlıqların istehsalı 23,0 faiz, neft məhsullarının istehsalı 16,2 faiz, hazır metal məmulatlarının istehsalı 15,2 faiz, qida məhsullarının istehsalı 9,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,4 faiz, tütün məmulatlarının istehsalı 4,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,1 faiz artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,8 faiz, içkilərin istehsalı 20,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,6 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti