...

Almaniyada elektrik enerjisi və ərzaq qiymətləri artmaqda davam edir

İqtisadiyyat Materials 16 Aprel 2022 07:54 (UTC +04:00)
Almaniyada elektrik enerjisi və ərzaq qiymətləri artmaqda davam edir

Bakı. Trend:

Almaniyada elektrik enerjisi və ərzaq qiymətləri artmaqda davam edir.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, ölkədə ortalama rüblük qiymət artımı 6,2 faiz təşkil edib. O cümlədən çörəyin qiyməti 7,1 faiz, kərə yağının - 30 faiz artıb. Ümumlikdə mart ayında inflyasiya 7,3 faiz səviyyəsində qərarlaşıb.

Qeyd olunur ki, istehlakçıya qədər olan tədarük zəncirində qiymətlərin artımı xüsusi narahatlıq yaradır.

Belə ki, ötən ilin fevral ayı ilə müqayisədə istehsalçılar taxılın qiymətini 33 faiz, kartofun qiymətini - 88 faiz, südün qiymətini isə 30 faiz qaldırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti