...

Dövlət Neft Fondu fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdalıq edib

İqtisadiyyat Materials 25 May 2022 09:16 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdalıq edib.

Trend xəbəbr verir ki, qurum bəyan edib ki, son həftələrdə ARDNF və ARDNŞ adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlərin və eləcə də, təqdim olunan müvafiq onlayn platformanın tamamilə yalnış və həqiqəti əks etdirməyən məlumat olduğunu vətədaşların diqqətinə çatdırırıq.

Bu paylaşımların Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti