...

Rusiya Bankı uçot dərəcəsini üç faiz azaldıb

İqtisadiyyat Materials 26 May 2022 11:42 (UTC +04:00)
Rusiya Bankı uçot dərəcəsini üç faiz azaldıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 11 faiz səviyyəsinədək azaldıb.

Trend-in məlumatına görə, bu barədə bankın bu gün keçirilən iclasında qərar verilib.

Qeyd olunur ki, son dövrlərdə inflyasiya təzyiqinin və qiymətlərin azalması fonunda Rusiya Bankı uçot dərəcəsini üç faiz azaldıb. Bank növbəti iclaslarda da uçot dərəcsəsinin azaldılmasının mümkünlüyünü vurğulayıb.

Xatırladaq ki, Rusiya Bankı fevralın sonunda Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini 9,5 faizdən 20 faizədək yüksəltmişdi.

Aprel ayında isə tənzimləyici uçot dərəcəsini iki dəfə - aprelin 11-də Rusiya Bankı uçot dərəcəsini 20 faizdən 17 faizədək, aprelin 29-da 14 faizədək azaltmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti