...

Türkiyədə illik inflyasiya 73 faizi ötüb

İqtisadiyyat Materials 3 İyun 2022 12:03 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin mayında Türkiyədə illik inflyasiya 73,5 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya mart ayı ilə müqayisədə 2,98 faiz, ötən ilin dekabrından bəri isə 35,64 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (107,62 faiz), ərzaq (91,63 faiz) və mebel (82,08 faiz) bahalaşıb.

Mart ayında illik inflyasiya 69,97 faiz təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti