...

Azərbaycan və Özbəkistan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirəcək - Nazir müavini (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 8 İyun 2022 08:00 (UTC +04:00)
Azərbaycan və Özbəkistan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirəcək - Nazir müavini (MÜSAHİBƏ)
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanda alternativ nəqliyyat və logistika marşrutlarının yaradılması üzərində fəal iş aparılır.

Bu barədə Trend-ə Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin mart ayında Özbəkistan-Əfqanıstan-Pakistan marşrutu üzrə daşımaların inkişaf etdirilməsi məqsədilə Özbəkistan, Əfqanıstan və Pakistanın biznes nümayəndələrinin, iri nəqliyyat və logistika şirkətlərinin, ekspeditor təşkilatlarının və dövlət orqanlarının Tirmiz şəhərində işçi görüşü keçirilib:

"Görüşün nəticəsi olaraq üç ölkənin nəqliyyat şirkətləri arasında əməkdaşlığa dair 10-dan çox sənəd imzalanıb və logistika prosesində yaranan məsələlərin həlli üçün hər tərəfdən koordinatorlar müəyyən edilib".

Nazir müavininin sözlərinə görə, həmçinin “Asiya-Sakit okean regionu ölkələri – Çin – Mərkəzi Asiya – Qafqaz – Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə Azərbaycan, Çin, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Türkiyə tərəfləri ilə fəal iş aparılır.

A/Muminov qeyd edib ki, Özbəkistan dəmir yolu sektorunda nəqliyyat dəhlizində iştirak edən altı ölkə (Azərbaycan, Çin, Türkmənistan, Qırğızıstan, Türkiyə, Gürcüstan) ilə əməkdaşlığı gücləndirib.

Onun sözlərinə görə, bu ölkələrin dəmir yolu administrasiyalarının rəhbərləri arasında bu yaxınlarda keçirilən görüşdə dəmir yolu tariflərində mövcud güzəştlərin 2022-ci il üçün uzadılması barədə razılıq əldə olunub.

Nazir müavini əlavə edib ki, 2022-2026-cı illərdə Özbəkistanın xarici və yerli turistlərin sayını 5 milyon nəfərə, ixracını isə 600 milyon dollara çatdıracağı gözlənilir:

"Bundan əlavə, Özbəkistan Buxara hava limanı vasitəsilə müntəzəm beynəlxalq uçuşların sayının artırılmasını, 255 iri və kiçik mehmanxananın tikintisini, 60 yeni turizm marşrutunun təşkilini, 40 xarici dövlət aviadaşıyıcısı ilə danışıqların aparılmasını yaxın vaxtlarda nəzərdə tutur".

Onun sözlərinə görə, yerli aviaşirkətlərdə sərnişindaşımanın da aktivləşməsi gözlənilir.

Nazir müavini “Yeni Özbəkistanın 2022-2026-cı illər üçün İnkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulan bir sıra islahatları sadalayıb.

O qeyd edib ki, bunlara qeyd olunanlar daxildir: bütün nəqliyyat növləri ilə birlikdə vahid nəqliyyat sisteminin inkişafı; Daşkənddə və regionlarda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi və onun infrastrukturunun inkişafı; şəhərlərarası və şəhərətrafı dəmir yolu marşrutlarının cəlbediciliyinin artırılması; nəqliyyat və logistika xidmətləri bazarının və infrastrukturunun inkişafı; dəmir yolu infrastrukturunun elektrikləşdirilməsi səviyyəsinin 60 faizə çatdırılması; avtomobil yol şəbəkəsinin sürətli inkişafı.

Həmçinin, A.Muminovun sözlərinə görə, “Yeni Özbəkistanın 2022-2026-cı illər üçün İnkişaf Strategiyası” çərçivəsində xarici ticarət üçün nəqliyyat sistemində “yaşıl dəhlizlər” və tranzit imkanlarının genişləndirilməsi, tranzit yük dövriyyəsinin 15 mln. tona qədər artırılması, beynəlxalq uçuşları həyata keçirmək üçün mövcud təyyarə parkını genişləndirilməsi nəzərdə tutulub:

"2026-cı ilə qədər yerli hava daşımalarında özəl aviaşirkətlərin və aşağı büdcəli aviaşirkətlərin payının mərhələli şəkildə 25 faizə, ölkədaxili uçuşların sayının həftədə 48-dən 80-ə çatdırılması, sosial ehtiyaclara və zəruriliyə əsaslanaraq yeni və mövcud yerli hava nəqliyyatı marşrutlarına subsidiyaların verilməsinin davam etdirilməsi planlaşdırılır".

A.Muminov qeyd edib ki, hazırda ölkədə nəqliyyat və logistika xidmətlərinin inkişafı konsepsiyası hazırlanır:

"Bu konsepsiya çərçivəsində 18 böyük, 22 orta və 80 kiçik şəhər arasında nəqliyyat və logistika sistemləri və infrastrukturu inkişaf etdiriləcək".

Nazir müavini həmçinin bildirib ki, beynəlxalq yükdaşımalarda daşıma sənədlərinin (e-Permit, e-TIR, e-CMR) mərhələli şəkildə elektron formata keçirilməsi nəzərdə tutulur.

O qeyd edib ki, konsepsiya çərçivəsində yükdaşımaların maya dəyərinin 30 faizədək azaldılması nəzərdə tutulur:

"Həmçinin dövlət-özəl tərəfdaşlıq əsasında mövcud konteyner terminallarının inkişafı və dəmir yolu ilə konteyner daşımalarının ən azı iki dəfə artırılması nəzərdə tutulur".

Onun sözlərinə görə, 2022-ci ildə Özbəkistanın nəqliyyat və yol infrastrukturu sahəsində 21 layihə həyata keçirilir.

Nazir müavini qeyd edib ki, eyni zamanda, 37 perspektivli investisiya layihəsinin reallaşdırılması imkanları üzərində iş aparılır.

A.Muminov bildirib ki, 2021-ci ildə nəqliyyat sektorunun inkişafının yekunlarına əsasən, Özbəkistanın dəmir yollarının mənfəəti 2020-ci illə müqayisədə 11 faiz, aviasiya sektorunda 62 faiz, dəmir yolu və hava nəqliyyatı ilə sərnişin daşımalarında 74 faiz, yükdaşımalarda 74 faiz artıb. dəmir yolu ilə - səkkiz faiz, hava - 38 faiz qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti