Bakı. Trend:
2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 12,6 faiz artıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz bahalaşıb.
Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən 13,7 faiz artıb.
(Tərcümə: Orxan Nəbiyev)