...

Bayıl qəsəbəsi Arif İsmayılov küçəsində təmir işləri aparılır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 30 İyun 2022 17:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Bayıl qəsəbəsində Arif İsmayılov küçəsi, dalan 2 üzrə təmir işləri aparılır.

Agentlikdən Trend-ə verilən məlumata görə, 320 metr uzunluğa malik küçənin eni ortalama 5 metrdir.

Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.

Aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının salınması işləri görülüb,12 sm olmaqla yeni asfalt örtüyü döşənməsi icra olunub.

Yol çiyinlərinin doldurulması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması ilə təmir işləri yekunlaşacaq.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan yenidənqurma və bərpa işləri daha sonra qəsəbənin uzunluğu 500 metr olan Fərman Qurbanov küçəsində aparılacaq.

Qeyd edək ki, cari ildə Səbail rayonu üzrə ümumi uzunluğu 5 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti