Bakı. Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə “Albayrak” şirkətlər qrupu arasında imzalanmış saziş Azərbaycanın tranzit potensialını yüksəldəcək.
Trend-in məlumatına görə, bunu Bakı limanının baş direktoru Taleh Ziyadov “Albayrak” şirkətlər qrupu ilə əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, bu sənəd Bakı limanı vasitəsilə mineral gübrələrin tranzitinin artımının təmin olunmasına yönəlib.
"Limanın yeni terminalının tam gücü ilə işə salınması əlavə iş yerləri yaradacaq. Bundan başqa, hazırda Bakı limanında mineral gübrələrin aşırılması əsas yüklər terminalında yerinə yetirilir, yeni terminalın işə salınması ilə isə bu məhsulun aşırılmasının, eləcə də limanda ümumi yük axınının artımı gözlənilir", - T.Ziyadov deyib.