...

Azərbaycanda “Abşeron vadisi” yaradılacaq

İqtisadiyyat Materials 22 İyul 2022 15:00 (UTC +04:00)
Azərbaycanda “Abşeron vadisi” yaradılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Abşeron vadisi” innovasiya klasteri yaradılacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

İnnovasiya gündəliyi formalaşdırılacaq və dövlət tərəfindən təşviq ediləcəkdir. İqtisadiyyatın prioritet sahələrində innovasiyalar tətbiq ediləcəkdir. Nəticədə, “Abşeron vadisi” çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaqdır.

Startapların bütün inkişaf mərhələləri üzrə maliyyələşmə mexanizmləri formalaşdırılacaqdır. Startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sistemi hazırlanacaqdır. Zəruri sayda istedad ehtiyatı təmin ediləcəkdir. Nəticədə, startapların sayı ilbəil artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti