...

Mikayıl Cabbarov "Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən danışıb

İqtisadiyyat Materials 1 Avqust 2022 10:41 (UTC +04:00)
Mikayıl Cabbarov "Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən danışıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın qəbul edilməsi inkişafın yeni mərhələsinə keçid üçün şərait yaradacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Real TV"nin efirində deyib.

"Bizim təcrübəmizdə ilk dəf startegiya tamamilə kollekttiv sənəddir. Strateji sənədin hazırlanması zamanı yaradılmış işçi qruplara müvafiq sahələrin və nazirliklərin rəhbərləri başçılıq edib. Bizim əsas hədəflərimiz cəmiyyətin rifahı, ölkə iqtisadiyyatının qlobal dəyər yaratma zəncirinə inteqrasiyası, innovativ istiqamətin və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsidir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu strategiyadan ortaya çıxan bütün sənədlər və tədbirlər qəbul ediləcək. Nazir əlavə edib ki, strategiya Azərbaycanın sosial-iqtisadi həyatının bütün tərəflərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti