...

Yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı 5 faizdən çox artıb

İqtisadiyyat Materials 12 Avqust 2022 10:13 (UTC +04:00)
Yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı 5 faizdən çox artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 17,3 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 30,3 milyard dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti