...

İran Azərbaycanla ticarət dövriyyəsinin həcmini açıqlayıb

İqtisadiyyat Materials 13 Avqust 2022 16:34 (UTC +04:00)
İran Azərbaycanla ticarət dövriyyəsinin həcmini açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Son 4 ay ərzində (mart-iyul) İranın Azərbaycanla ticarət dövriyyəsi 245 milyon dollar dəyərində 259 min ton təşkil edib.

Bunu Trend-ə açıqlamasında İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 74,2% artıb.

Gömrük rəsmisi bildirib ki, 4 ayda İran Azərbaycana təxminən 232 milyon dollar dəyərində 250 min tondan çox məhsul ixrac edib, Azərbaycandan isə 13,5 milyon dollar dəyərində 8,6 min ton məhsul idxal edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 24,2% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti