...

ARDNF fişinq xəbərdarlığı yayıb

İqtisadiyyat Materials 16 Avqust 2022 10:05 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son üç ayda Azərbaycan Dövlət Neft Fondu ( ARDNF ) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.

Trend xəbər verir ki, bu barədə Fondun yaydığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.

"ARDNF bu paylaşımların tamamilə yalnış, həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırır və qeyd edib ki, onların Fondun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur", - deyə açıqlamada qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti