...

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı çoxalıb

İqtisadiyyat Materials 26 Avqust 2022 15:06 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı çoxalıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 767 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47 obyekt daha çoxdur.

Trend-in məlumatına görə, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən bildirilib.

Məlumata görə, 2022-ci ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 62 obyekt azdır.

2022-ci ilin iyul ayında Türkiyədə 93 min 902 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azdır. İyul ayında Türkiyədə əcnəbilərə 3 min 939 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti