...

MÜSİAD Azərbaycanda Azərbaycan-Özbəkistan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 20 Sentyabr 2022 17:45 (UTC +04:00)
MÜSİAD Azərbaycanda Azərbaycan-Özbəkistan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı müzakirə olunub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycanda Özbəkistanın Mahallabayların İşləri və Sahibkarlığın İnkişafı Agentliyinin direktor müavini İlxom Xalpayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in məlumatına görə, agentlik Özbəkistanda məhəllələrin və məhəllə sakinləri üçün sahibkarlığın inkişafı, xüsusən də insanların özünüməşğulluğu öyrənməsinə köməklik göstərməklə məşğuldur.

Görüşdə ticarət-iqtisadi sahədə Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi üçün ümumi tədbirlər müzakirə edilib.

Oktyabrın 18-də Özbəkistanda Azərbaycan və Özbəkistan işgüzar dairələri arasında görüş keçiriləcək. Görüşdə Özbəkistan agentliyi ilə anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Nəticədə tərəflər növbəti görüşün Özbəkistanda keçirilməsi barədə razılığa gəliblər, həmçinin üç ölkənin rəmzlərinin əks olunduğu xatirə hədiyyələrini bir-birilərinə təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti