...

AİB Azərbaycanın yaşıl iqtisadiyyata keçid səylərini yüksək qiymətləndirir - baş iqtisadçı

İqtisadiyyat Materials 26 Sentyabr 2022 00:07 (UTC +04:00)
AİB Azərbaycanın yaşıl iqtisadiyyata keçid səylərini yüksək qiymətləndirir - baş iqtisadçı

Trend-i buradan izləyin

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yaşıl iqtisadiyyata keçid səylərini yüksək qiymətləndirir.

Bu barədə Trend-ə AİB-in baş iqtisadçısı Albert Park bildirib.

“AİB iqlim dəyişikliyi problemlərinin həllinə kömək etməkdə çox maraqlıdır. Biz işlədiyimiz ölkələri bərpa olunan enerji mənbələrinə keçməklə iqtisadiyyatlarının yaşıllaşdırılmasına üstünlük verməyə çağırırıq. Biz Azərbaycanda bərpa olunan enerji layihələrini, eləcə də yaşıl strategiyasında hökuməti dəstəkləmək üçün çalışırıq. Azərbaycan uzun müddətdir ki, qalıq yanacaqlardan asılıdır, lakin biz ölkədə yaşıl iqtisadiyyata keçid və bu istiqamətdə irəliləyiş üçün siyasi iradənin olduğunu görürük”, - Albert Park bildirib.

Onun sözlərinə görə, AİB bu il Azərbaycanın iqtisadi artımının 4 faizdən çox olacağını gözləyir. İnflyasiyanın səviyyəsinə gəlincə, bank 2022-ci ildə onun ikirəqəmli olacağını gözləyir.

Baş iqtisadçı qeyd edir ki, məqsəd mövcud vəziyyətdən kənara çıxmaq və Azərbaycanın uzunmüddətli hədəflərini prioritetləşdirməkdir.

“Əsas məqsəd iqtisadi istehsalın əsas mənbəyi kimi neftdən əldə olunan gəlirləri şaxələndirməkdir və bu istiqamətdə bəzi ümidverici əlamətlər var. Görünür, son vaxtlar qeyri-neft sektoru sürətlə inkişaf edir. Yeni sənaye parklarının yaradılması, qeyri-neft istehsalının dəstəklənməsi nəzərdə tutulur. Bu düzgün yanaşmadır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti