...

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Materials 30 Sentyabr 2022 16:52 (UTC +04:00)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 68-ə çatıb.

“Startap” şəhadətnamələri "Smartap" MMC-nin satınalmalar üçün onlayn platforması, "BID TAXI" MMC-nin taksi xidmətinin mobil tətbiq üzərindən təşkili, “MeContest” sosial şəbəkə platforması, "Selenium Co." MMC-nin “GarderApp” geyim və aksesuarların satışı üçün marketpleys, “ShiftCon” metavers platforması üzərindən xidmətlər, “Avto İnfo" MMC-nin Azərbaycan ərazisində işlənmiş avtomobillərin tarixçəsinin yoxlanılması üçün informasiya sistemi (servis, sığorta və sair), tikinti üçün 3D printerlərin istehsalı, istismarı və satışı, “MetaStudio” metavers virtual oyunların hazırlanması və satışı, "BOOST" MMC-nin onlayn platforma üzərindən “influenser marketinq” xidməti, "İndi Market" MMC-nin mobil tətbiq üzərindən çatdırılma xidməti layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti