...

Sənaye parklarının Femoza İqtisadi Zonaların Beynəlxalq Birliyinə üzvlük imkanları müzakirə edilib

İqtisadiyyat Materials 7 Oktyabr 2022 19:20 (UTC +04:00)
Sənaye parklarının Femoza İqtisadi Zonaların Beynəlxalq Birliyinə üzvlük imkanları müzakirə edilib

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Rusiyanın Stupina Quadrat Xüsusi İqtisadi Zonasının rəhbəri Yekaterina Yevdokimova ilə görüşüb.

Agentlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında sənaye parkları sahəsində əməkdaşlığın qurulması, sənaye parklarının Femoza İqtisadi Zonaların Beynəlxalq Birliyinə üzvlük imkanları müzakirə edilib, Birliyə üzvlük çərçivəsində vahid elektron məlumat bazasinın yaradılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti