...

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiqlənib

İqtisadiyyat Materials 11 Oktyabr 2022 12:20 (UTC +04:00)
Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiqlənib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar yeni sazişin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti