...

Azərbaycanın qeyri-neft ixracının həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 Oktyabr 2022 17:49 (UTC +04:00)
Azərbaycanın qeyri-neft ixracının həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 17 faiz və ya 307,6 milyon dollar artıb.

Bunu bu gün Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildiriblər.

Qeyd olunub ki, hesabat dövründə ölkənin qeyri-neft ixracının həcmi 2,116 milyard dolları ötüb.

Təkcə sentyabr ayında Azərbaycandan 231,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 3 faiz çoxdur.

"Yanvar-sentyabr aylarında Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını yeddi faiz artıraraq 774,7 milyon dollara, sənaye məhsullarının ixracını isə 1,342 milyard dollara (artım 24 faiz) çatdırıb. 2022-ci ilin sentyabrında kənd təsərrüfatı məhsullarının ixracı bir faiz azalaraq 60,6 milyon dollar təşkil edib, sənaye məhsullarının ixracı isə 5 faiz artaraq 170,3 milyon dollara artıb”, - AZPROMO-dan bildiriblər.

Həmçinin, bildiriblər ki, qeyri-neft ixracının liderləri kimya sənayesi (299,4 milyon dollar), plastik kütlə və ondan məmulatlar (294 milyon dollar), alüminium və ondan məmulatlar (158,5 milyon dollar), pambıq (149,1 milyon dollar), pomidor (131,8 milyon dollar) və digər məhsullar olub.

Yanvar-sentyabr aylarında əsas idxalçı ölkələr Rusiya (591,1 milyon dollar), Türkiyə (500 milyon dollar), Gürcüstan (141,2 milyon dollar), İsveç (139 milyon dollar) və ABŞ (64,3 milyon dollar) olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti