...

Azərbaycandakı terminalların əksəriyyəti ölkəmizdə hazırlanır

İqtisadiyyat Materials 19 Oktyabr 2022 17:36 (UTC +04:00)
Azərbaycandakı terminalların əksəriyyəti ölkəmizdə hazırlanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Azərbaycandakı əksər ödəmə, məlumat, və ümumi növbə terminalları Elektrik Avadanlıqları Zavodunda hazırlanır.

Bunu bu gün Trend-ə STP QlobalCable şirkətinin satış meneceri Qasımov İqrar deyib.

Onun sözlərinə görə, terminalların rəngləri, quruluşu, dizaynı sifarişə əsasən əmakdaşlarımız tərəfindən hazırlanır.

"Azərbaycana xaricdən də terminallar gəlir. Ölkəmizdə isə yalnız Elektrik Avadanlıqları Zavodunda terminallar istehsal edilir. Azərbaycanda böyük şirkətlərlə, banklarla işləyirik. Bütün terminallara bir illik qarantiya verilir. Terminalların içərisində olan mexanizmlər ölkəmizdə istehsal edilmədiyindən xaricdən gətirilib burada yığılır.

Terminalların qiymətləri mexanizmlərinə görə dəyişir. Ümumi götürsək, qiymətlər 2-20 min manat arası dəyişir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti