...

"KAZAKH INVEST" Transxəzər nəqliyyat marşrutunun inkişafının sürətləndirilməsinə yönəlmiş tədbirləri açıqlayıb (Müsahibə)

İqtisadiyyat Materials 14 Noyabr 2022 08:00 (UTC +04:00)
"KAZAKH INVEST" Transxəzər nəqliyyat marşrutunun inkişafının sürətləndirilməsinə yönəlmiş tədbirləri açıqlayıb (Müsahibə)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan xarici investorlar üçün sabit iqlim təmin etməkdə davam edir.

Bu barədə Trend-ə musahibəsində "MŞ "KAZAKH INVEST" SC-nin İdarə Heyətinin sədr müavini Jandos Temirqali deyib.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, qlobal iqtisadi fəaliyyət ekspertlərin proqnozlaşdırdığından daha böyük və daha kəskin yavaşlama ilə üzləşir. Enerji ehtiyyatlarına olan qiymət artımı, yüksək inflyasiya, əksər regionlarda maliyyə şərtlərinin sərtləşməsi, geosiyasi münaqişələr, sanksiyalar və uzanan COVID-19 pandemiyası uzunmüddətli perspektivə güclü təsir göstərib.

Belə ki, BVF ekspertlərinin gözləntilərinə görə, bu il qlobal artım təxminən iki dəfə azalacaq, 2021-ci ildəki 6%-dən 2022-ci ildə 3,2%-ə, 2023-cü ildə isə 2,7%-ə qədər azalacaq. Bu, qlobal maliyyə böhranı və COVID-19 pandemiyasının kəskin mərhələsi istisna olmaqla, 2001-ci ildən bəri ən aşağı göstəricidir.

"Dünya miqyasında baş verən hadisələrə baxmayaraq, Qazaxıstan xarici investorlar üçün sabit mühit təmin etməkdə və onlar qarşısında öhdəliklərini yerinə yetirməkdə davam edir. Ölkə birbaşa xarici investisiyalar üçün cəlbedici olaraq qalır və Mərkəzi Asiyaya birbaşa xarici investisiya axınında şəksiz liderdir", - deyə J.Temirqali bildirib.

O qeyd edib ki, qlobal çağırışları nəzərə alaraq, bu ilin iyul ayında Qazaxıstan hökuməti 2026-cı ilə qədər yeni İnvestisiya Siyasəti Konsepsiyası təsdiqləyib və bu konsepsiya həm mövcud, həm də yeni investorlar üçün yanaşmaların yenidən nəzərdən keçirilməsinə və əlverişli şəraitin yaradılmasına yönəlib:

"Onu da qeyd etmək lazımdır ki, son illər ölkədə investorların dəstəklənməsi üçün yeni mexanizm və alətlər tətbiq edilir, qanunvericilik səviyyəsində hüquqi baza formalaşdırmaq üçün mövcud dəstək tədbirləri mütəmadi olaraq tamamlanır və təkmilləşdirilir".

J.Temirqali qeyd edib ki, Qazaxıstan Milli Bankının 2021-ci il üçün məlumatlarına görə, ölkəyə investisiya axını 2020-ci ilin göstəricilərini 38,9% üstələyərək 23,8 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin böhrandan əvvəlki səviyyəyə demək olar ki, uyğundur:

"Ümumilikdə, müstəqilliyin 30 ili ərzində Qazaxıstan iqtisadiyyatına xarici investisiyaların ümumi axınının həcmi 400 milyard dollardan çox olub".

Onun sözlərinə görə, 2021-ci ildə iqtisadiyyatımız üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sənaye sahələrinə investisiya qoyuluşunun artımını qeyd etmək zəruridir:

"Məsələn, 2020-ci illə müqayisədə emal sənayesinə investisiyaların artımı 65,4 faiz, tikintiyə 37,8 faiz, nəqliyyat və anbar təsərrüfatına 11,7 faiz təşkil edib".

Temirqalı bildirib ki, bundan başqa, birbaşa xarici investisiyaların daxilolma strukturunda emal sənayesinin xüsusi çəkisində artım var, birbaşa investisiyaların ümumi axınının ümumi həcmində 22,2%-ə çatıb. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu rəqəm 14,2%, 2020-ci ildə isə 18,5% olub:

"Çətin geosiyasi vəziyyətə baxmayaraq, bu ilin birinci yarısında Qazaxıstana ümumi birbaşa xarici investisiyalar axını 2021-ci ilin birinci yarısı ilə müqayisədə 28,2% artıb ki, bu da Qazaxıstanın davamlı investisiya cəlbediciliyini nümayiş etdirir".

J.Temirqalı əlavə edib ki, sənaye sahələri üzrə investisiyaların ən çox artımı informasiya və rabitə sahələrində - 5,4 dəfə, tikintidə - 3,9 dəfə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda - 2,9 dəfə, emal sənayesində 48 faiz müşahidə olunub:

"Yəni biz açıq şəkildə görürük ki, investorlar qeyri-əmtəə sektorlarına daha çox diqqət yetirməyə başlayıblar".

J.Temirqali qeyd edib ki, UNCTAD-ın məlumatına görə, dünya görünməmiş böhranla üzləşdiyi üçün bu il biznes və investisiya mühiti kəskin şəkildə dəyişib:

"Bu, ərzaq çatışmazlığı, enerji ehtiyyatlarına yüksək qiymətlər, əsas iqtisadiyyatlarda faiz dərəcələrinin artması, elan edilmiş yeni layihələrin aşağı salınması, qurulmuş təchizat zəncirlərinin pozulması, iqtisadiyyatların regionlaşdırılması və s".

Onun sözlərinə görə, 2022-ci ildə qlobal birbaşa xarici investisiya proqnozu çoxsaylı davam edən geosiyasi və iqtisadi böhranlar səbəbindən mənfi olaraq qalır:

"Daha sərt maliyyə şərtləri və artan investor qeyri-müəyyənliyi yeni layihə elanlarında aylıq azalma tendensiyalarında görülür. Qlobal birbaşa xarici investisiya axınlarının 2022-ci ildə aşağıya doğru enmə trayektoriyasında olacağı və ən yaxşı halda 2021-ci il səviyyəsində qalacağı proqnozlaşdırılır".

Bununla belə, J.Temirqali vurğulayıb ki, Qazaxıstan hökumətinin investisiyaların inkişafı ilə bağlı aydın baxışı var:

"Beləliklə, investisiya cəlbi siyasətinə ESG, qlobal enerji və texnoloji keçid tələbləri nəzərə alınmaqla yenidən baxıldı. Hökumət Qazaxıstanın İnvestisiya Siyasəti Konsepsiyasının məqsədinə nail olunmasını ölçən hədəf göstəriciləri müəyyən edib. İlk növbədə, 2023-2026-cı illər üçün ən azı 123,8 milyard ABŞ dolları məbləğində birbaşa investisiyaların ümumi axınının təmin edilməsi, habelə əsas kapitala investisiyanın ÜDM-in 25,1 faizi səviyyəsində 2026-cı ilə qədər təmin edilməsi vəzifəsi qoyulmuşdur".

Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün potensial sahələri şərh edən J.Temirqali qeyd edib ki, birincisi, bu, Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində yükdaşımaların daha da artırılması üçün nəqliyyat-logistika infrastrukturunun inkişafıdır:

"TİTR-in inkişafı üçün limanların ahəngdar işləməsi üçün vahid şəraitin təmin edilməsi məqsədilə bütün nəqliyyat dəhlizinin inkişafı üçün vahid beynəlxalq investorların cəlb edilməsi məqsədəuyğun olardı ki, bu da şübhəsiz ki, yükdaşıma prosesini sürətləndirəcək və asanlaşdıracaq. Bu baxımdan, iki ölkənin limanlarının inkişafını sürətləndirmək məqsədilə beynəlxalq investorlar üçün hərtərəfli investisiya təklifinin yaradılmasının yüksək praktiki mənası var".

Bundan əlavə, J.Temirqalı qeyd edib ki, ötən ilin sonunda Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında üzv dövlətlərin başçıları Türk İnvestisiya Fondunun yaradılması barədə qərar qəbul ediblər:

"Bu il təşkilatın üzvləri sazişin detalları üzərində işləyiblər, birliyin yaradılması 2023-cü ilə planlaşdırılıb. Fondun işi çərçivəsində bizim strateji əhəmiyyətli infrastruktur obyektlərini maliyyələşdirmək, eləcə də dövlətlər arasında əməkdaşlığın inkişafına kömək etmək imkanımız var".

Həmçinin türk dünyasının ən mühüm mənəvi mərkəzlərindən biri olan Türküstan şəhərində yaradılmış “Turan” xüsusi statuslu azad iqdisadi zonası çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri var:

"Region böyük ticarət və logistika mərkəzi olmaq imkanı olan mühüm nəqliyyat qovşağıdır. Qeyd edək ki, Qazaxıstan Respublikasının Türküstan bölgəsi Avropa və Asiya bazarlarını birləşdirən “Bir kəmər - bir yol” proqramına inteqrasiya olunub. Yeni azad iqdisadi zonası investisiya əməkdaşlığını, sənaye klasterinin yaradılmasını, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı, maşınqayırma, elektrik avadanlıqlarının istehsalı, turizm və təhsil klasterlərini nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti