...

Ağdam Sənaye Parkında daha bir istehsal müəssisəsi yaradılacaq

İqtisadiyyat Materials 14 Noyabr 2022 12:42 (UTC +04:00)

Bakı. Trend:

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-ə çatıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, yeni rezident NN-Tel Group MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 mln. manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti