...

Vergi daxilolmaları 90 faizdən çox artıb

İqtisadiyyat Materials 15 Noyabr 2022 10:59 (UTC +04:00)
Vergi daxilolmaları 90 faizdən çox artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub.

Qurumdan Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1 faiz və ya 6,6 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti