...

“Veysəloğlu” 20,500 nəfərin iş yeridir (FOTO)

İqtisadiyyat Materials 24 Noyabr 2022 13:18 (UTC +04:00)
“Veysəloğlu” 20,500 nəfərin iş yeridir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Onların bu şirkətdə həyat hekayəsi maraqlıdır.

28 yaş bir insanın gənclik yaşı sayılsa da, şirkət üçün böyük bir tarixdir. 28 ildir ki, mövcud olan Veysəloğlu Şirkətlər Qrupu bu illər ərzində uzun və maraqlı bir yol gəlib. Bu gün isə pərakəndə, distribusiya, logistika və istehsalat sahələrində 20 mindən artıq əməkdaşı ilə qeyri-neft sektorunda ölkənin ən iri işəgötürənlərindən biridir.

Şirkətlər Qrupunun sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işinə bağlı insanlardır. Fərdi və işgüzar keyfiyyətlərinə güvənən, bilik və təcrübəsini real biznes mühitində artırmaq istəyən, dəyər yaratmağı özünə hədəf qoyan hər kəs Veysəloğlu Şirkətlər Qrupunda karyera qura bilər. Bu, sadəcə şüar deyil! Şirkətdə çalışan bir çox insanın karyera hekayəsi bunu sübut edir.

İlqar Nuri, 49 yaş

“Ömrümün yarısını və karyeramın böyük hissəsini keçirdiyim “Veysəloğlu” böyük məktəbdir. Hər zaman bizi öyrətdilər. Biz də öyrəndik, öyrətdik və qurduq.

Özümüzü hər zaman müasir dünya ilə müqayisə etdik. Qarşımıza böyük hədəflər qoyduq. Məhz böyük inamla çalışmağımız qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza səbəb oldu. Sevinclərimiz bol oldu, təəssüfləndiyimiz anlar da oldu. Qarşılaşdığımız hər çətinlik bizi daha da möhkəmləndirdi və gücləndirdi. Keçdiyimiz yol asan olmadı. Daim güclü rəqabəti üstün seçdik. Məqsədimiz həmişə özümüzü birinci görmək oldu. Bunlardır bizi böyük inkişafa sövq edən.

Biz böyük məktəbik. Bu məktəbi müvəffəqiyyətlə keçən hər bir kəs iş həyatında böyük uğurlara imza atmağa qadirdir”.

Əminə Bəşirova, 39 yaş

“Veysəloğlu Şirkətlər Qrupunda mühasib kimi işə başladım. Artıq 17 ildir ki, burada çalışıram. Şirkətlər Qrupuna daxil olan şirkətlərdə baş mühasib, daha sonra departament müdiri vəzifəsinə qədər yüksəlmişəm. Şirkətdə hər zaman sağlam iş mühitində çalışmış, inkişaf üçün əla fürsətlər ilə qarşılaşmış, həmçinin əməyimizin qarşılığını görmüşük”.

Şirkətlər Qrupunda sıravi vəzifələrdən başlayıb ən yüksək vəzifələrə kimi yüksəlmək imkanı hər kəs üçün əlçatandır. Məsələn, Qrupa aid olan müasir logistika mərkəzində “Fəhlədən İnkişaf” proqramı ilə bu illər ərzində sıravi əməkdaşlar bacarıq və təcrübəsini artıraraq menecer və digər ixtisas tələb edən vəzifələrə yüksəlirlər. Hazırda bu mərkəzdə karyera qurmaq istəyənlər üçün 200 yeni iş yeri elan olunub.

Fəxrim Cabbarlı, 31 yaş

“Artıq 11 ildir ki, bu şirkətdə çalışıram. “Veysəloğlu” mənim ilk iş yerimdir.

2011-ci ildən Şirkətlər Qrupunda logistika departamentində ticari mal anbarında boşaltma fəhləsi olaraq işə başladım, daha sonra sifariş toplamaçı, briqadir, anbar proqramı üzrə mütəxəssis, bölmə müdiri, şöbə müdiri, departament müdiri vəzifələrinə qədər yüksəldim.

İş prosesində çətinliklərimiz olub, amma hər çətinlikdən təcrübə qazanmışıq. “Veysəloğlu” məktəbdir. Şirkətimizin dəstəyilə mütəmadi olaraq, bizim peşəkar inkişafımız üçün təlimlərdə iştirak edirik. Beynəlxalq təcrübə sayəsində inkişaf edirik.

Logistika Azərbaycanda “gənc” sahədir. Biz logistikanın nə olduğunu bu şirkətdə öyrənmişik. Mən logistika sahəsini “Veysəloğlu”da sevib öyrənmişəm.

Biz böyük bir ailəyik. Bu ailənin üzvü olmaqdan qürur duyuram”.

Veysəloğlu Şirkətlər Qrupunda həmçinin pərakəndə satış sahəsində, yəni marketlərdə sıravi vəzifələrdən başlayaraq inkişaf etmək və yüksəlmək mümkündür.

Elvira Əminova, 38 yaş

“10 ildən artıqdır ki, “Araz” supermarketlər şəbəkəsində çalışıram. Satıcı kimi işə başladığım bu şirkətdə daha sonra kassir, administrator və mağaza müdiri vəzifələrinə yüksəlmişəm. Bu illərdə şirkətimizin bizim kimi gənc kadrlara özünü doğrultmaq üçün şans verdiyini, savadlı kadrları dəyərləndirdiyini görmüşəm. “Veysəloğlu” həm də ölkə iqtisadiyyatına öz töhfəsini verir, kənd təsərrüfatının və kiçik sahibkarlığın inkişafına dəstək göstərir. Bir sözlə, Veysəloğlu Şirkətlər Qrupu cəmiyyətimizə dəyər qatmaq missiyasına sadiqdir. Bu şirkətin əməkdaşı olduğuma görə çox şadam”.

Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsi cəmiyyət və biznes icması üçün dəyər yaratmaqdır və bu səylər artıq dəyərləndirilir. Belə ki, Şirkətlər Qrupu 2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte-in Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində qaliblərdən biri elan edilib.

Jalə Əzizova, 39 yaş

“İkinci ildir ki, Veysəloğlu Şirkətlər Qrupunda çalışıram. Bu şirkətə qoşulana qədər geniş təcrübəm olduğu üçün burada əsasən artıq bildiklərimi və bacardığımı tətbiq edəcəyimi düşünürdüm. Bu, belədirmi? Əlbəttə.

Amma məni müsbət mənada təəccübləndirən odur ki, az qala hər gün yeni yanaşmalar, yeni fikirlər və həll yolları ilə biliklərimi yoğururam, zənginləşdirirəm və paylaşıram.

Veysəloğlu Şirkətlər Qrupu ilə ünsiyyətimin ilk günlərindən, yəni hələ işəqəbul mərhələsindən insana, peşəkara qarşı səmimi bir hörmət və etimad gördüm. Burada insanlar həqiqətən şirkətə can yandırır, əks fikirlər açıq müzakirə olunur və hər kəs özünü böyük “Veysəloğlu” ailəsinin bir üzvü olaraq hiss edir.

“Veysəloğlu Şirkətlər Qrupu necə bir şirkətdir?” deyə soruşanlara cavabım: Hər gün həvəslə getdiyim iş yeri, insanların həyatına toxunan biznes, ölkə və cəmiyyət üçün sözün əsl mənasında dəyər yaradan bir şirkət”.

Veysəloğlu Şirkətlər Qrupu həm də gənclərin iş yeridir və onların peşəkar inkişafına şərait yaradıb. Bu məqsədlə artıq neçə illərdir, “Veysəloğlu ilə İlk Addım (VİA)” təcrübə proqramı həyata keçirilir.

Emil Musayev, 27 yaş

“Belə bir böyük Qrupda çalışdığım üçün qürur duyuram. “Veysəloğlu ilə İlk Addım (VİA)” təcrübə proqramı ilə başladığım yola hazırda satınalma müdiri olaraq davam edirəm. “Veysəloğlu”nun karyera yüksəlişində biz gənclərə verdiyi dəstəyi, göstərdiyi etimadı, qatdığı dəyəri və qazandırdığı təcrübəni xüsusilə qeyd etmək istəyərdim. Burada səmimi iş mühiti var və əməkdaşların peşəkar inkişafı üçün yeni imkanlar yaradılır. “Veysəloğlu” ailəsinin daha da böyüməsini arzulayıram. Biz birik və birlikdə daha güclüyük!”

Səidə Məmmədli, 26 yaş

““Veysəloğlu”da işə başlamağım mənim üçün həyatımın fərqli dönəminə başlamaqdan əlavə, həyatıma çoxlu yeni insanların daxil olması demək idi. Şirkətlər Qrupumuz o qədər böyükdür ki, demək olar ki, hər gün yeni insanlar ilə tanış oluram. Ünsiyyətdə olduğum insanlar hər yaş kateqoriyasından olması ilə yanaşı, müxtəlif sahələrdə nümunə götürə biləcəyimiz insanlardır. Şirkətdə çalışdığım müddət heç iki il deyil, amma həyatıma yaxşı mənada bir çox dəyişikliklər gətirməyə davam edir. Hər dəfə şirkətdə uğur əldə edən insanları tanıdıqca daha çox motivasiyam artır və əminəm ki, mən də zamanla daha çox inkişaf edərək istədiyim nöqtəyə gəlib çata biləcəyəm”.

Veysəloğlu Şirkətlər Qrupu ölkənin müxtəlif bölgələrində yerli əhalini işlə təmin edir. Hazırda əsasən Mingəçevir və Salyan bölgəsində və demək olar ki, hər bir şəhər və rayonda fəaliyyət göstərən Şirkətlər Qrupu insanları işlə təmin etməklə yerli icmalar üçün dəyər yaradır.

Elvin Ağayev, 36 yaş, Salyan

“Bu günlərdə şirkətimiz 28 illiyini qeyd etdi. Bu 28 illik dövrün 12 ilini mən də şirkətlə birgə keçirmişəm və buna görə çox qürurluyam. İşlədiyim müddət ərzində şirkətimizin biz əməkdaşlara dəstəyini görmüşəm. Böyük iş və həyat təcrübəsini məhz burada qazandığım üçün bu şirkətə bağlı insanam. Daha neçə illəri “Veysəloğlu”da keçirmək arzusu ilə bu böyük Qrupda yola davam!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti