Bakı. Trend:
Aİ-nin dekabrın 5-dən qüvvəyə minən Rusiya neftinə təklif etdiyi qiymət həddi artıq qlobal enerji bazarında qeyri-müəyyənliyə səbəb olub. Və təbii ki, regionun ən böyük enerji ixracatçıları olan Qazaxıstan və Türkmənistan bu vəziyyətdən təsirsiz qala bilməz.
Trans-Caspian Resources enerji startapının həmtəsisçisi və həmsədri, ABŞ-ın Türkmənistandakı keçmiş səfiri Allan Mastard Trend-ə bildirib ki, Rusiyanın Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumu üzərində nəzarəti Mərkəzi Asiya ölkələri üçün böyük əhəmiyyət kəsb edir.
O qeyd etdi ki, Qazaxıstan neftinin ixracı və neft ixracından gəlirlər Rusiyanın boru kəmərini açıq saxlamasından asılıdır.
"Qazaxıstanın Rusiyadan yan keçməklə alternativ təchizat mexanizmi - bəlkə də boru kəməri yaratmaq daha məntiqli olardı, lakin əlavə tankerlər də faydalı ola bilər", - A.Mastard bildirib.
Türkmənistanın perspektivlərinə gəlincə, ekspert qeyd edib ki, ölkə regionun ən böyük enerji daşıyıcılarından biri olmaqla təbii qazın böyük hissəsini boru kəmərləri vasitəsilə Çinə çatdırır.
“Aİ-nin təklif etdiyi məhdudiyyətlər effektiv olarsa, Türkmənistanın gəlirlərinə cüzi təsir göstərəcək”, - A.Mastard bildirib.
Beləliklə, bu vəziyyətin təsirinin nə qədər ciddi olacağını zaman göstərəcək, lakin müəyyən təsirin gözlənildiyini inkar etmək olmaz.