...

Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üçün tələb olunan vəsait açıqlanıb

İqtisadiyyat Materials 9 Dekabr 2022 16:24 (UTC +04:00)
Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üçün tələb olunan vəsait açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üçün tələb olunan vəsait açıqlanıb.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, ilkin hesablamalara görə, Prezidentin Sərəncamı ilə 2022-ci il 22 iyul tarixində təsdiq edilən İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 mlrd. manat vəsait tələb olunur ki, bunun 19,2 mlrd. manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcəkdir.

Baş nazir vurğulayıb ki, 2023-cü ilin dövlət büdcəsinə gəldikdə isə, İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 mlrd. manat vəsait nəzərdə tutulub ki, onun da 3 mlrd. manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərdir (2022-ci ilə nisbətən 12,4 faiz çox).

O qeyd edib ki, son iki ildə isə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilib.

“2023-cü il dövlət büdcəsinin fəlsəfəsi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı əhatə edir.

Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin parametrləri ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq tərtib edilmişdir.

Strategiyaya əsasən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddi 2023-cü ilin sonuna 25 faiz nəzərdə tutulmuşdur. Ortamüddətli dövrün sonuna hədəf isə 17,5 faizdir”, - deyə Baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti