...

Avropa Yenidənqurma və İnkişaf Bankı Xəzər Dəniz Gəmiçiliyinə 100 milyon dollar ayıracaq

İqtisadiyyat Materials 28 Dekabr 2022 13:39 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) inkişafını maliyyələşdirməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Rauf Vəliyev bildirib.

Onun sözlərinə görə, ASCO-ya 100 milyon dollar kreditin ayrılması ilə bağlı artıq ilkin razılıq əldə olunub.

"Bizim QSC-yə sözügedən kreditləşmə dövlət zəmanəti olmadan həyata keçiriləcək. Lazım gələrsə, bu məbləğ artırıla bilər", - deyə R.Vəliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti