Bakı. Trend:
Misir Prezindeti Əbdülfəttah əs-Sisi Azərbaycanın işgüzar dairələri ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.
"Misir Prezidenti cənab Əbdülfəttah əs-Sisinin ölkəmizin işgüzar dairələri ilə keçirdiyi görüşdə iqdisadi-ticarət əlaqələrinin inkişafı və əməkdaşlıq üçün yeni imkanlar barədə məlumat verdik. Misir şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik", - deyə nazir bildirib.