...

Azərbaycanın qeyri-neft ixracı yanvarda 22 faizdən çox artıb

İqtisadiyyat Materials 6 Fevral 2023 10:39 (UTC +04:00)
Azərbaycanın qeyri-neft ixracı yanvarda 22 faizdən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 mln ABŞ dolları təşkil edib.

Trend-in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6% çoxdur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti