Bakı. Trend:
Beynəlxalq yük daşımalarında Azərbaycanın milli yükdaşıma şirkətlərinin payı 2022-ci ildə 2021-ci illə müqayisədə ikiqat artıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov avtomobil yükdaşıma şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, icazələrin alınmasında milli yükdaşıma şirkətlərinin dəstəklənməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və onun strukturlarının prioritet istiqamətini təşkil edir ki, bu da öz növbəsində Azərbaycanda istehsal olunan məhsulların ixracında, habelə, bütünlükdə ikitərəfli və çoxtərəfli əmtəə dövriyyəsində artıma səbəb olur.
"Bu günədək dörd mindən yuxarı sürücü idarəetmə və beynəlxalq tələblərə uyğunluq üzrə təlim alıb. Hesab edirik ki, daha bu qədər sürücüyə təlim keçmək lazımdır. Onlar, həmçinin, müvafiq imtahanlardan keçəcəklər", - nazir müavini qeyd edib.
O, beynəlxalq yükdaşımalarına icazə üçün artıq 84 şirkətin müraciət etdiyini bildirib.