Bakı. Trend:
Operativ məlumatlara əsasən 2023-cü ilin yanvar-fevraı aylarında Azərbaycan 4,1 milyon ton neft, yaxud ölkədə hasil olunan neftin (5,1 milyon ton) 80,3 faizini ixrac edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün Tvitter səhifəsində bildirib.
"Bundan başqa, biz 4,3 milyard kubmetr qaz və ya ölkədə istehsal olunan qazın ümumi həcminin (8 milyard kubmetr) 53,75 faizini ixrac etmişik", - nazir deyib.
Məlumatda qaz hasilatının həcminin 2022-ci ilin analoji dövrü ilə müqayisədə dörd faiz artdığı deyilir.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda 26,3 milyon ton neft ixrac edib. Hesabat dövründə neft hasilatı 32,6 milyon ton olub, qaz hasilatı isə 2021-ci ilin analoji dövrü ilə müqayisədə 6,5 faiz artıb. Bundan başqa 22,3 milyard kubmetr qaz ixrac olunub ki, bu da ölkədə istehsal edilən mavi yanacağın ümumi həcminin (46,7 milyard kubmetr) 47,7 faizini təşkil edir.