...

BVF Azərbaycanın real ÜDM artımının proqnozlarını yüksəldib

İqtisadiyyat Materials 11 Aprel 2023 19:46 (UTC +04:00)
BVF Azərbaycanın real ÜDM artımının proqnozlarını yüksəldib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Azərbaycanda real ÜDM artımının əvvəl proqnozlaşdırılan 2,5 faizlə müqayisədə 3 faiz olacağını gözləyir.

Trend bu barədə çərşənbə axşamı BVF-ə istinadən xəbər verir.

Maliyyə institutunun proqnozlarına əsasən, ölkənin real ÜDM-i 2024 və 2028-ci illərin hər birində 2,6 faiz artacaq.

BVF-in qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda real ÜDM artımı 4,6 faiz səviyyəsində olub.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin ÜDM-i 2023-cü ilin yanvar-fevral ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 0,4 faiz artaraq 19,8 milyon manata (11,6 milyard dollar) çatıb.

Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in 2,7 faiz, 2024-cü ildə isə 4,1 faiz artacağını proqnozlaşdırır.

Eyni zamanda, Beynəlxalq Maliyyə Korporasiyası bu il dünyada ÜDM-in təqribən 1,2 faiz artacağını gözləyir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti