...

Türkiyə Azərbaycandan 334 milyon dollar dəyərində qeyri-neft məhsulları idxal edib

İqtisadiyyat Materials 2 May 2023 15:00 (UTC +04:00)
Türkiyə Azərbaycandan 334 milyon dollar dəyərində qeyri-neft məhsulları idxal edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübünün yekunlarına görə, Türkiyə Azərbaycandan qeyri-neft məhsulları idxal edən ölkələr arasında birinci yer tutub.

Bu barədə Trend-ə İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Mənbədən verilən məlumata görə, 2023-cü ilin mart ayında Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 339,9 milyon dollar olub.

Rusiya 200,7 milyon dollar dəyərində idxalla Azərbaycanın əsas qeyri-neft məhsulları idxalçıları arasında ikinci yer tutub.

Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 33,2 faiz və ya 84,7 milyon dollar, Rusiyaya qeyri-neft məhsullarının ixracı isə 34,3 faiz və ya 51,3 milyon dollar artıb.

Bundan başqa, hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal edən əsas ölkələrin beşliyinə Gürcüstan (109,2 milyon dollar), İsveçrə (29,7 milyon dollar) və Qazaxıstan (27,6 milyon dollar) da daxil olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 23,2 faiz artıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti