...

Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində rekord sayda şirkət iştirak edəcək (FOTO)

İqtisadiyyat Materials 15 May 2023 11:55 (UTC +04:00)
Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində rekord sayda şirkət iştirak edəcək (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində rekord sayda iştirakçı olacaq.

Trend bazar ertəsi xəbər verir ki, bunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin protokol sektorunun rəhbəri Toğrul Qafarbəyli "Caspian Agro" 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə və "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.

O, sərgidə ilk dəfə Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin stendinin yer alacağını qeyd edib.

"Belarusiya, Gürcüstan, Almaniya, İtaliya, Rusiya, Şri-Lanka və ABŞ-dən regional qrupların iştirakı gözlənilir. Doqquz ölkə milli stendlərlər təmsil olunacaq. Sərgi iştirakçılarının 71 faizi beynəlxalq şirkətlərdir", - o deyib.

T. Qafarbəyli sərgilərdə ümumilikdə 31 ölkədən 479 şirkətin iştirak edəcəyini deyib.

Qeyd edək ki, 17-19 may tarixlərində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi, "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi və 14-cü Azərbaycan Beynəlxalq Mehmanxana-Restoran Biznesi sərgisi planlaşdırılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti