...

Bakıda dayanıqlı inkişaf üzrə forum keçiriləcək

İqtisadiyyat Materials 22 May 2023 13:15 (UTC +04:00)
Bakıda dayanıqlı inkişaf üzrə forum keçiriləcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin noyabrında BMT İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində "Dayanıqlı inkişaf üzrə 2-ci Bakı forumu" keçiriləcək.

Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin rəisi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, tədbirin keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə beynəlxalq və regional əməkdaşlığın möhkəmlənməsinə imkan yaradacaq.

"Bundan başqa, qeyd etmək istəyirəm ki, hazırda ölkəmizə investisiyalar cəlb etmək məqsədilə Azərbaycanın DİM üzrə investisiya xəritəsi layihəsi üzərində çalışırıq", - o deyib.

H.Hüseynov DİM-lərin icrasında təhsil sektorunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"BMT-nin İnkişaf Proqramı, iqtisadiyyat nazirliyi və ölkəmizin bir neçə aparıcı ali təhsil ocağı, xüsusən Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası "Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər üçün Maliyyə Akademiyası" təlim proqramını bitiriblər. Gələcəkdə də bu cür proqramların icrasını və buraya digər tələbə və ali təhsil ocaqlarının cəlb edilməsini planlaşdırırıq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti