...

Azərbaycanda istehsal olunan maşın və avadanlıqların qiyməti bahalaşıb

İqtisadiyyat Materials 24 May 2023 09:33 (UTC +04:00)
Azərbaycanda istehsal olunan maşın və avadanlıqların qiyməti bahalaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 245,4 milyon manat dəyərində maşın, avadanlıq, avtomobil, qoşqu və yarımqoşqu istehsal edilib.

Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 31,6 faiz və ya 77,6 milyon manat artıb.

"2023-cü ilin yanvar-aprel aylarında avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz artıb, digər nəqliyyat vasitələrinin istehsalı isə 27,3 faiz azalıb. Bundan başqa, hesabat dövründə ölkədə 1259 ədəd minik avtomobili (549 ədəd çox) istehsal edilib, yük avtomobillərinin istehsalı 145 ədəd olub (45 faiz çox). Traktorların istehsalı 73,4 faiz artaraq 293-ə çatıb", - deyə komitədən bildiriblər.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə Azərbaycanda 522,7 milyon dəyərində maşın və avadanlıqlar, qoşqu və yarımqoşqular istehsal edilmişdi ki, bu da 2021-ci illə müqayisədə 21,4 faiz və ya 92 milyon manat çoxdur. 2022-ci ildə digər nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68 faiz, maşın və avadanlıqların istehsalı isə 58,8 faiz artıb. Həmçinin ötən il 2 049 avtomobil istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə yeddi avtomobil azdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti