...

Apreldə Türkiyənin türkdilli ölkələrə ixracı artıb

İqtisadiyyat Materials 1 İyun 2023 11:05 (UTC +04:00)
Apreldə Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Bakı. Trend:

2023-cü ilin aprel ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,6 faiz artaraq 435,7 milyon dollar olub.

Trend-in məlumatına görə, bunu TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar–aprel ayında, Türkiyənin türkdilli ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqasisədə, 30,1 faiz artaraq, 2,3 milyard dollar olub.

“Bu ilin aprel ayında Türkiyənin türkdilli ölkələrədən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 730,4 milyon dollar təşkil edib” –deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi azalaraq 47 milyard 440 milyon dollara bərabər olub.

Nazirlikdən qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq 19 milyard 331 milyon dollara, idxalı isə 4,8 faiz zalaraq 28 milyard 69 milyon dollara çatıb.

Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 205 milyar 187 milyon dollar təşkil edib.

Məlumata əsasən, bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 3 faiz azalaraq 80 milyard 869 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 7,1 faiz artaraq 124 milyard 318 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti