...

Yanvar-may aylarında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını 15 milyon dollardan çox artırıb

İqtisadiyyat Materials 8 İyun 2023 08:59 (UTC +04:00)
Yanvar-may aylarında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını 15 milyon dollardan çox artırıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-may aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,77 dəfə artaraq 80,9 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

May ayında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 91,9 faiz artıraraq 10,99 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 14,3 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 3 milyon dollar məbləğində avtomovil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 32 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 32,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti