...

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 18 faiz artıb

İqtisadiyyat Materials 9 İyun 2023 12:04 (UTC +04:00)
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 18 faiz artıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, indiyədək ölkə ərazisində 90.138 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-ci ilin yanvar-may ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti