...

Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 20 İyun 2023 16:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə AMB sədri özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi apardıq", - deyə Taleh Kazımov bildirib.

Qeyd edək ki, Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ölkəmizdə səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti